“Kəpəz” onu komandada saxladı

“Kəpəz” futbolçusu Tural Rzayevlə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçinin sözləşməsi 1+1 illik artırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Kəpəz” daha əvvəl Yeqor Xvalko, Elmir Tağıyev, Ehtiram Şahverdiyev, Əli Səmədov və Vurğun Hüseynovla başa çatan müqavilə müddətini yeniləyib.