“Kəpəz” müdafiəçisi ilə yeni müqavilə imzaladı

“Kəpəz” müdafiəçisi Yeqor Xvalko ilə yeni müqavilə imzalayıb.

Futbolpress.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, belaruslu müdafiəçi daha bir il Gəncə təmsilçisinin formasını geyinəcək.

Arxa xətt oyunçusu 2022-ci ildən “Kəpəz”in şərəfini qoruyur. O, komandanın kapitanlarından biridir.