“Kəpəz” legioneri ilə bağlı qərarını verdi

“Kəpəz”də qapıçı İqor Rodriqeslə bağlı qərar verilib.

FutbolPress“in əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi 29 yaşlı qolkiperi komandada saxlamaq istəyir. Baş məşqçi Adil Şükürov portuqaliyalı “əlcək sahibi”nin çıxışından məmnundur və yeni mövsümdə onu komandada görmək istəyir.

Rodriqes ötən ilin oktyabrında komandaya cəlb olunub. O, Premyer Liqada 23 oyunda 41 qol buraxıb. İqor 4 matçda isə qapısını toxunulmaz saxlayıb.

Qolkiperin indiki müqaviləsi iyunun sonuna kimidir.