“Kəpəz” Küveyt klubuna qarşı

Yeni mövsümə hazırlıqlarını Qəbələdə davam etdirən “Kəpəz” bu gün növbəti yoxlama oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, Gəncə təmsilçisi Küveytin “Əl Yarmuk” komandası ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda keçiriləəck görüşə saat 17:00-da start veriləcək.

“Kəpəz” buna qədər iki yoxlama oyununa çıxıb. Gəncə təmsilçisi “Turan Tovuz”a 0:4, “Şamaxı”ya isə 1:2 hesabıyla uduzub.