“Kəpəz” derbiyə itkilərlə çıxacaq

“Kəpəz” Azərbaycan Premyer Liqasının XXXVI turunda bu gün “Turan Tovuz”un qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, Gəncə təmsilçisi görüşə itkilərlə çıxacaq.

Şakir Seyidov, Junior Martins, Vüsal Məsimov və Elmir Tağıyev cəzalıdır. Georgi Papunaşvilinin müalicəsi davam edir. Olavale Onanuqa isə xəstə olduğundan matçı buraxacaq.

Görüş saat 17:00-da start götürəcək.