“Kəpəz” baş məşqçisi Adil Şükürovla yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qeyri-qənaətbəxş nəticələrə görə mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Kəpəz” Premyer Liqada 4 turdan sonra xalsızdır və sonuncu pillədə qərarlaşıb.