“Kəpəz”lə müqaviləsi başa çatan oyunçu gözləmədədir

Müdafiəçi Vurğun Hüseynovun “Kəpəz”lə müqaviləsi başa çatıb.

Təcrübəli oyunçu karyerası ilə bağlı hələ qərarını verməyib. “Kəpəz”dən təklif gözləyən müdafiəçi “FutbolPress“ə açıqlamasında yaxın zamanda taleyinə aydınlıq gələcəyini bildirdi:

“Hələ nəsə yoxdur. Gözləyirik, bu həftə yəqin dəqiqləşər. Hələ kimləsə danışmamışam. Komandada qala da bilərəm, qalmaya da. Görək, necə olacaq”.

36 yaşlı ötən mövsümdə 7 oyunda meydana çıxıb.

Şahin Cəfərov