Müdafiəçi Vurğun Hüseynovun “Kəpəz”lə müqaviləsi başa çatıb.
Təcrübəli oyunçu karyerası ilə bağlı hələ qərarını verməyib. “Kəpəz”dən təklif gözləyən müdafiəçi “FutbolPress“ə açıqlamasında yaxın zamanda taleyinə aydınlıq gələcəyini bildirdi:
“Hələ nəsə yoxdur. Gözləyirik, bu həftə yəqin dəqiqləşər. Hələ kimləsə danışmamışam. Komandada qala da bilərəm, qalmaya da. Görək, necə olacaq”.
36 yaşlı ötən mövsümdə 7 oyunda meydana çıxıb.
Şahin Cəfərov