“Kəpəz”in şikayəti qismən təmin edildi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının 29 aprel 2025-ci il tarixli iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, iclasda “Kəpəz” PFK-nın (Gənclər Liqası) futbolçusu Amur Yusifov barəsində verilən qərardan şikayətə baxılmasına dair məsələ müzakirə olunub:

1. “Kəpəz” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.

2. 16 aprel 2025-ci il tarixdə AFFA Gənclər Liqasında keçirilən “Kəpəz” PFK – “Qarabağ” PFK oyununun 67-ci dəqiqəsində “Kəpəz” PFK komandasının 8 nömrəli futbolçusu Amur Yusifov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün futbolçunun 3 oyun cəzalanması (maddə 43.1) barədə AFFA İntizam Komitəsinin 23 aprel 2025-ci il tarixli qərarı dəyişdirilərək 3 oyunluq cəzanın 1 oyunu şərti tətbiq edilsin.

3. Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunsun və sınaq müddətinin başlanğıcı 23 aprel 2025-ci il tarixdən hesablansın.

4. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.

5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.