Şervoni Mabatşoev milliyə dəvət alıb.
Futbolpress.az xəbər verir ki, Gəncə təmsilçisinin üzvü Şervoni Mabatşoev milliyə çağırılıb.
Yarımmüdafiəçi qarşıdakı iki oyun üçün Tacikistan yığmasına dəvət alıb. Tacikistan komandası əvvəlcə martın 20-də Belarusla yoxlama matçı keçirəcək.
Bundan 5 gün sonra isə Asiya Kuboku-2027-nin seçmə oyunları çərçivəsində Timor-Leste ilə qarşılaşacaq. Hər iki görüş Düşənbədə keçiriləcək.