Premyer Liqada meydan sahiblərinin günü

Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura yekun vuruldu.

Futbolpress.az xəbər verir ki, turun son oyun günündə iki matç keçirildi.

Günün ilk görüşündə “Şamaxı” doğma meydanda “Kəpəz”i məğlub etdi.
Digər oyunda isə “Zirə” “Sumqayıt”ın müqavimətini qırmağı bacardı.

Azərbaycan Premyer Liqası
XXXI tur

20 aprel

16:30. Şamaxı – Kəpəz 2:1

Qollar: Alfons Msanqa, 27, Konate, 68 – Paçu, 34
Baş hakim: Cavid Cəlilov
Şamaxı şəhər stadionu

19:00. Zirə – Sumqayıt 3:1

Qollar: Giorgi Papunaşvili, 6, Martins Junior, 45+1, Salifu Suma, 89 – B.Abdixolikov, 52
Baş hakim: Rauf Cabbarov
Zirə İK stadionu