Tovuzda qollu, Bayılda qolsuz “sülh”

Bu gün Azəraycan Premyer Liqasında XXIII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk matçında “Kəpəz” “Şamaxı” ilə heç-heçə edib. Turun “Səbail” – “Sabah” matçında qol səsi eşidilməyib.

Azərbaycan Premyer Liqası
XXIII tur

17 fevral

16:00 Kəpəz – Şamaxı 1:1

Qol: V.Veremeyev, 55 (avtoqol) – B.Konate, 49 (pen.)

Baş hakim: Elçin Məsiyev
Tovuz şəhər stadionu

19:00 Səbail – Sabah 0:0
Baş hakim: Rəşad Əhmədov
“ASCO Arena”