“Qarabağ” “Zirə”yə, “Kəpəz” “Sabah”a qalib gəldi

Azərbaycan Premyer Liqasında XXIX turun oyunları davam edir.

Futbolpress.az xəbər verir ki, turun ikinci günündə 2 matç keçirildi.

Günün ilk görüşündə “Sabah” “Kəpəz”ə məğlub olub.

Digər oyunda isə lider “Qarabağ” ikinci pillədə qərarlaşan “Zirə”dən üstün oldu.

Azərbaycan Premyer Liqası

XXIX Tur

6 aprel

17:00. “Sabah” – “Kəpəz” 0:1

Qol: Valdemar Almeyda, 41

19:30. “Qarabağ” – “Zirə” 1:0

Qol: Kadi Borges, 15