“Kəpəz” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda bu gün “Neftçi” ilə qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, Gəncə təmsilçisi görüşə itkilərlə çıxacaq. Rauf Hüseynli cəzalı, Mahamadu Ba isə zədəli olduğundan oyunu buraxacaq.
Matç saat 19:30-da start götürəcək. Komandalar arasındakı ilk oyunda “Neftçi” qələbə qazanıb – 2:0.