Berezutski: “Kəmiyyət nə zamansa keyfiyyətə çevriləcək”

Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən “Sumqayıt” – “Sabah” oyunundan (0:4) sonra qonaq komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Kubok oyunları asan keçmir. İlk oyunda heç-heçə etmişdik. Demək olar ki, bu oyunda əvvəlki matçlarda vura bilmədiyimiz qolları vurduq. Uşaqları təbrik edirəm.

– Növbəti rəqib böyük ehtimalla “Neftçi” olacaq. Şansları necə dəyərləndirirsiniz?
– Hər komandanın eyni şansları var. Öncədən nəsə danışmayaq. Bütün komandalara qarşı eyni hazırlaşırıq.

– Bu gün 4 qol vurdunuz. Komandada qısa müddətdə nəyisə dəyişdiniz?
– Deyə bilərəm ki, hava şəraitinə görə çox qapıya zərbə üzərində işləmədik. Kəmiyyət nə zamansa keyfiyyətə çevriləcək.

– Bu nəticə yeni başlanğıc olacaq?
– Mental cəhətdən irəlidəki oyunlara köməyi olacaq. Əvvəl də çoxsaylı epizod yaradırdıq, amma vura bilmirdik.

Şahin Cəfərov