“Qarabağ”ın hücumçusu Juninyo daha bir klubun diqqət mərkəzinə düşüb.
Futbolpress.az xəbər verir ki, Braziliyanın “Flamenqo” klubu forvardla yaxından maraqlanır. Bu barədə ABC nəşri məlumat yayıb.
“Flamenqo” hücumçusu Qabriel Barbosa ilə yollarını ayırmaq üzrədir və onun yerinə Juninyonu transfer etmək niyyətindədir. Xəbərdə Braziliya təmsilçisinin “Qarabağ”a 5 milyon avro təklif etdiyi bildirilib.
Daha əvvəl “Sevilya”nın “atlılar”a 4 milyon avro təklif göndərdiyi iddia edilib.
Juninyo 2023-cü ilin yayından “Qarabağ”da forma geyinir. Onun klubla müqaviləsi 2026-cı ilin iyuluna kimidir. 28 yaşlı hücumçu bu mövsüm 26 oyunda 10 qol vurub.