Juninyo “Sevilya”ya doğru – kiçik detallar qaldı

“Qarabağ”ın futbolçusu Juninyo karyerasını “Sevilya”da davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, klublar braziliyalının keçidində maliyyə məsələsində razılığa gəlib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

“Sevilya” “Qarabağ”a 4 milyon avro və əlavə 1 milyon avro bonuslar ödəyəcək. Azərbaycan təmsilçisi forvardın növbəti satışından 20 faizlik pay da alacaq.

Tərəflər arasındakı danışıqlarda kiçik detallar qalıb və “Sevilya” bundan sonra transferi açıqlayacaq.

28 yaşlı hücumçu bu mövsüm “Qarabağ”la 26 oyunda 10 qol vurub, 3 məhsuldar ötürmə edib.