“Juninyo istənilən Avropa klubuna uyğunlaşa bilər”

“Qarabağ”ın hücumçusu Juninyonun “Sevilya” klubuna keçidi gündəmdədir.

Futbolpress.az xəbər verir ki, braziliyalı forvardın sabiq klubu “Çaves”in keçmiş baş məşqçisi Vitor Kampelos İspaniya mətbuatına açıqlamasında Juninyo haqda danışıb:

“Juninyo son dərəcə əla sürəti olan bitirici futbolçudur. O, istənilən Avropa klubuna uyğunlaşa bilər. Bəzən oyunçular yaxşı şansa gec sahib olurlar. Juninyo yetkindir və “Sevilya” azarkeşlərinə çoxlu sevinc bəxş etməkçün zamanı var. Onda bütün məşqçilərin bəyəndiyi xüsusiyyətlər var”.

“Qarabağ” “Sevilya”nın Juninyo üçün ilk təklifini rədd edib.