“Qarabağ”dan “Flamenqo”ya keçən Juninyo yeni klubunda debüt edib.
Futbolpress.az xəbər verir ki, braziliyalı hücumçu Kubokda “Volta Redondo” ilə görüşdə meydana çıxıb. O, 60-cı dəqiqədə meydana daxil olub.
“Flamenqo” rəqibini 2:0 hesabıyla məğlub edib. Komanda 5 turdan sonra 7 xalla 3-cü sıradadır.