“Qarabağ”ın futbolçusu Juninyo karyerasını Braziliyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, braziliyalı hücumçu “Flamenqo” ilə razılaşıb. Braziliya təmsilçisi “Qarabağ”a 5 milyon avro ödəyəcək.
Juninyo bu mövsüm “Qarabağ”da 26 oyunda 10 qol vurub.