Joze Mourinyo “Beşiktaş”ı çalışdıra bilər

“Beşiktaş” Joze Mourinyo ilə danışıqlara başlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə  klubunun vitse-prezidenti Hüseyin Yücel yerli mətbuata açıqlamasında məlumat verib.

Funksioner məşqçi ilə görüşdüyünü, onu kluba dəvət etdiyini bildirib. Mourinyo isə bir müddət sonra təklifi müsbət qarşılayıb.

Klub rəsmisi qeyd edib ki, gələn həftə yenidən portuqaliyalı məşqçi ilə görüşəcək və daha sonra direktorlar şurasında rəsmi qərar veriləcək.

Yücel bildirib ki, mütəxəssis Türkiyə klubuna rəhbərlik etsə, Rikardo Kuarejmanın da məşqçilər heyətində təmsil olunmasını ondan xahiş edəcək.

Mourinyonun son iş yeri yanvarda ayrıldığı “Roma” olub.