İngiltərənin “Çelsi” klubu daha bir hücumçunu heyətinə qatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, bu hücumçu ötən mövsümü “Barselona”da keçirən müqavilə ilə Madrid “Atletiko”suna aid Joao Feliksdir. Məlumata görə “zədaganlar” bunun üçün “hindular”a 65 milyon avroluq təklif göndərib. Portuqaliyalı forvard daha əvvəl 2022/2023 mövsümünün ikinci yarısında “Çelsi”nin formasını geyinib. Feliksin Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.