Fransalı hücumçu Olivye Jiru karyerasını ABŞ-də davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 37 yaşlı forvard “Los Anceles” ilə müqavilə imzalayıb. Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Jiru ilə sözləşmənin müddəti 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Jiru 2021-2024-cü illərdə “Milan”da çıxış edib. O, bu mövsüm “qırmızı-qaralar”la A Seriyasında 33 oyunda 14 qol vurub, 8 məhsuldar ötürmə edib.