Fransa milli komandasının hücumçusu Olivye Jiru Avro-2024-ün qrup mərhələsinin birinci turunda Avstriya ilə oyunda meydana çıxıb.
Futbolpress.az xəbər verir ki, o, ikinci hissədə Kilian Mbappenin əvəzinə meydana daxil olub. Jiru yığmada Avropa çempionatlarında iştirak edən ən yaşlı futbolçu olub – 37 yaş, 261 gün.
Bundan əvvəlki rekordçu Stiv Mandanda idi (37 yaş 247 gün).
Jiru Fransa yığması ilə 7-ci dəfə böyük turnirdə iştirak edib. O, bu göstəricidə Huqo Lloris, Tyerri Anri və Lilian Türama çatıb.