“Jirona” – “Barselona” – “Jirona”

“Barselona” futbolçusu Oriol Romeunu icarəyə verib.

Futbolpress.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi 2025-ci ilin yayına kimi “Jirona”da çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Romeu 2023-cü ilin yayında məhz “Jirona”dan “Barselona”ya keçmişdi. O, kataloniyalılarla ötən mövsümdə 37 oyunda meydana çıxıb.