Jalə Əliyeva Avropa çempionu oldu

Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, bu gün Jalə Əliyeva (57 kq) final görüşünə çıxıb.

O, həlledici görüşdə türkiyəli Elvira Kamaloğlunu (5:3) hesabı ilə məğlub edib.

Daha əvvəl Elnurə Məmmədova (53 kq) gümüş medal qazanmışdı.

Bu gün Azərbaycanın daha bir medal qazanmaq şansı var. Belə ki, Mərziyə Sadıqova (72 kq) bürünc medal qarşılaşmasına çıxacaq.