İtalyanlar Osimhenin “Qalatasaray”dakı maaşını açıqladı

İtaliya mətbuatı “Qalatasaray”ın yeni transferi Viktor Osimhenin maaşını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb. Xəbərdə nigeriyalı hücumçunun “cim-bom”da 11 milyon avro maaş alacağı bildirilib.

“Qalatasaray” Osimheni “Napoli”dən bir illik icarəyə götürüb. Klub onun rəsmi maaşının 6 milyon avro olduğunu deyib.