“Empoli” İtaliya A Seriyasının XXVI turunda “Atalanta”ya uduzub – 0:5.
Futbolpress.az xəbər verir ki, meydan sahiblərinin fanatları görüşdə Fələstinə dəstək nümayiş etdirib. Onlar bu ölkənin bayraqlarını əllərində tutaraq “Show Israel The Red Card” (İsrailə qırmızı vərəqə göstər) yazılı banner açıb.
İsrail 2023-cü ilin oktyabrında Fələstinə hücum edib. Hücum nəticəsində 48 min 329 fələstinli vəfat edib.