İtaliyaya gedə bilər

“Barselona”nın futbolçusu Ansu Fati karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Komo” 22 yaşlı vingerlə maraqlanır. Baş məşqçi Sesk Fabreqas oyunçunu komandasında görmək istəyir.

Qeyd edək ki, Ansu Fati cari mövsüm bütün yarışlarda 7 oyun keçirib və 1 qol vurub. O, noyabrda zədələrək sıradan çıxıb.