Yeni mövsüm ölkə çempionluğunu hədəfləyən “Beşiktaş” yarımmüdafiə xəttini gücləndirmək qərarına gəlib.
Futbolpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu PSJ-nin futbolçusu Şer Nduru rənglərinə bağlamaq istəyir. Məlumata görə “qara qartal” qarşı tərəflə bütün detalları razılaşdırıb. İtaliyalı pleymeyker ötən mövsümün əvvəli “Benfika”dan Paris klubuna gəlmiş, qış transfer dönəmində isə icarə əsasında “Braqa”ya keçmişdi. Hər iki klubda ümumilikdə 400 dəqiqə meydanda qalan 20 yaşlı oyunçu 2 qolla yadda qalıb.