İtaliyalı mütəxəssis “Yuventus”a rəhbərlik edə bilər

“Brayton”dan ayrıldığını açıqlayan Roberto De Zerbi İtaliyada çalışa bilər.

Futbolpress.az xəbər verir ki, “Yuventus” rəhbərliyi mütəxəssisi komandanın sükanı arxasına gətirmək istəyir. Bu barədə “The İndependent” nəşri məlumat yayıb. “Qoca sinyora” 44 yaşlı mütəxəssislə yaxın zamanda danışıqlara başlayacaq.

“Yuventus”da ötən həftə baş məşqçi Massimiliano Alleqri istefaya göndərilib.

De Zerbi “Brayton”dan əvvəl “Focca”, “Palermo”, “Beneveno”, “Sassuolo” və “Şaxtyor”da işləyib.