İtaliyalı futbolçu: “Bizə qarşı oynamaq asan deyil”

İtaliya millisinin futbolçusu Stefan El-Şaaravi Avro-2024-ün 1/8 finalında İsveçrəyə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, UEFA-nın saytına danışan cinah oyunçusu bunları deyib:

“Heç bir komanda İtaliyaya qarşı oynamaq istəmir. Çünki bizim tariximiz var və son çempionuq. Bizə qarşı oynamaq asan deyil. Məqsədimiz hər rəqiblə açıq oynamaqdır. İsveçrə ilə matçda da belə olacaq. Finala qədər getmək istəyirik”.

İtaliya – İsveçrə oyunu iyunun 29-da keçiriləcək.