İtaliyalı Avro-2024-ü buraxacaq

“Atalanta”nın futbolçusu Corco Skalvini zədələnib.

Futbolpress.az xəbər verir ki, 20 yaşlı müdafiəçi A Seriyasında “Fiorentina” ilə matçda (2:3) sıradan çıxıb.

Skavlininin durumu ciddidir və o, İtaliya millisinin Avro-2024-dəki oyunlarını buraxacaq.

İtaliya yığması çempionatda Albaniya, İspaniya və Xorvatiya ilə qarşılaşacaq.