İtaliya nəhəngindən “Jirona”ya keçdi

“Yuventus”un yarımmüdafiəçisi Artur Melo icarə əsasında “Jirona”ya transfer olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb. Müqavilə 30 iyun 2025-ci il tarixinədək qüvvədədir.

28 yaşlı braziliyalının sonuncu çıxış etdiyi klub “Fiorentina” olub.