“Yuventus” Leverkuzen “Bayer”inin hücumçusu ilə maraqlanır.
Futbolpress.az xəbər verir ki, hücumçu Patrik Şik Leverkuzen təmsilçisindən “Yuventus”a keçə bilər. Turin sakinləri satın almaq imkanı ilə futbolçunu icarəyə götürməyi düşünürlər. Klubu futbolçunun çox yönlü olması, eləcə də nisbətən az maaş alması cəlb edir.
28 yaşlı çexiyalı futbolçunun “Bayer”lə 2027-ci ilə qədər müqaviləsi var.