İtaliya nəhəngində önəmli itki

“İnter” əsas qapıçısı Yann Sommeri zədə səbəbindən itirib.

Futbolpress.az xəbər verir ki, isveçrəli futbolçuya sağ əlinin baş barmağının proksimal falanksının başının sınığı diaqnozu qoyulub. “Neradzurrilər” 36 yaşlı oyunçunun sağalma müddəti ilə bağlı heç bir təfərrüat açıqlamayıb. “İtalian Sky”ın məlumatına görə, Sommerin sağalması üçün təxminən bir ay vaxt lazım olacaq. Eyni zamanda, “İnter” qapıçının daha tez sıraya qayıdacağına ümid edir.

“İnter” hazırda A Seriyasında “Napoli”dən 2 xal geri qalaraq ikinci yerdədir. Simone İnzaqinin komandası növbəti oyununu şənbə günü, fevralın 22-də doğma meydanda “Cenoa”ya qarşı keçirəcək.