İtaliya klubunda Ranyeri səsləri

İtaliyanın “Roma” klubunda baş məşqçi İvan Yuriçlə yollar ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, komandanın uğursuz çıxışı rəhbərliyi narazı qalıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Roma” rəsmiləri artıq Yuriçin yerinə axtarışlara başlayıb.

Klubda əsas hədəf Klaudio Ranyeridir. Paytaxy təmsilçisi komandanın sükanını mövsümün sonuna qədər 73 yaşlı mütəxəssisə tapşırmaq istəyir.

Ranyeri son olaraq İtaliyada “Kalyari”yə rəhbərlik edib.

“Roma” A Seriyasında 9 turdan sonra 10 xalla 12-ci sıradadır.