İtaliya klubu Tottiyə təklif göndərdi

“Roma”nın sabiq futbolçusu Françesko Totti yenidən yaşıl meydanlara qayıda bilər.

Futbolpress.az xəbər verir ki, A Seriyası təmsilçisi “Komo” 48 yaşlı keçmiş oyunçuya müddəti mövsümün sonuna kimi olan müqavilə təklif edib. Bu barədə “La Repubblica” nəşri məlumat yayıb.

Totti daha öncə yenidən futbol oynamaq istədiyini açıqlayıb.

Keçmiş yarımmüdafiəçi 1992-2018-ci illərdə “Roma”nın formasını geyinib. O, 783 oyunda 307 qol vurub, 209 məhsuldar ötürmə edib.

“Komo”ya keçmiş ispan futbolçu Sesk Fabreqas rəhbərlik edir.