“Mançester Yunayted”in futbolçusu Markus Reşford İtaliyada oynaya bilər.
Futbolpress.az xəbər verir ki, “Milan” ingilis hücumçunun xidmətində maraqlıdır. Bu barədə Canluka Di Marzio məlumat yayıb.
“Milan” Reşfordu icarəyə götürmək istəyir. A Seriyası təmsilçisi yaxın zamanda “Mançester Yunayted”ə rəsmi təklif göndərəcək.
Reşford bu mövsüm 24 oyunda 7 qol vurub.