İtaliya klubu “Qalatasaray”lıya “elçi düşdü” – təklif dəyərləndiriləcək

“Qalatasaray”ın futbolçusu Yunus Akgün karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, 24 yaşlı cinah oyunçusu ilə “Verona” klubu maraqlanır. Bu barədə italiyalı jurnalist Canluka Di Marzio məlumat yayıb.

“Qalatasaray” ötən mövsümü “Lester”də icarədə keçirən Yunusu satmağa müsbət yanaşır. “Sarı-qırmızılar” oyunçu üçün gələcək təklifləri dəyərləndirəcək.

Yunus ötən mövsümdə “Lester”lə Çempionşipdə 23 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.