İtaliya klubu “Qalatasaray”dan onu istəyir

İtaliyanın “Bolonya” klubu “Qalatasaray”ın futbolçusu Barış Alper Yılmazı transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə Canluka Di Marzio məlumat yayıb. Komandanın yeni baş məşqçisi Vinçenso İtaliano rəhbərlikdən ilk olaraq Barışın transferini istəyib.

A Seriyası klubu yaxın zamanda “Qalatasaray” və oyunçunun agenti ilə danışıqlara başlayacaq.

Türkiyə yığmasının da üzvü olan yarımmüdafiəçi 2023/24 mövsümündə 55 oyunda 7 qol vurub, 12 məhsuldar ötürmə edib.