“Yuventus” eyni anda iki “Barselona” müdafiəçisini izləyir.
Futbolpress.az xəbər verir ki, Ronald Arauxo ilə Andreas Kristensen Turin klubunun maraq dairəsinə düşüb. İtaliya təmsilçisi mövsüm sonunda hər iki futbolçunun keçidini reallaşdırmaq istəyir.
Hər iki oyunçunun “kataloniyalılar”la müqaviləsi 2026-cı ilin yayında başa çatır.