“Mançester Yunayted”də baş məşqçi Erik ten Haqın ayrılmasından sonra bu posta əsas namizəd məlum olub.
Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi sükanı Xaviyə tapşırmaq istəyir. Bu barədə “Goal” nəşri məlumat yayıb. Tərəflər arasında ilkin danışıqlar baş tutub və Xavi hələ məşqçi karyerasına davam etmək istəmədiyini bildirib.
Son olaraq “Barselona”ya rəhbərlik edən Xavi bir müddət istirafhət etmək istəyir.
“Mançester Yunayted”in sükanı müvəqqəti olaraq Ruud van Nistelroya tapşırılıb.