İspanlar daha bir yaş qrupunda Avropa çempionu oldu

19 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatına yekun vurulub.

Futbolpress.az xəbər verir ki, finalda İspaniya və Fransa yığmaları üz-üzə gəlib. Görüş “buğalar”ın qələbəsiylə başa çatıb – 2:0.

İspaniyanın U-19 yığması tarixində 12-ci dəfə Avropa çempionu olub.

İspaniyanın əsas millisi isə Avro-2024-də çempionluq yaşayıb.