İspaniyalı hücumçu “Real”ı tərk edib

İspaniyalı hücumçu Xoselu “Real”ı tərk edib.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi 34 yaşlı hücumçunun transfer hüquqlarını “Espanyol”dan almayıb. Bu barədə “Cope” radiosu məlumat yayıb.

Xoseluya Səudiyyə Ərəbistanından təkliflər var.

Forvard ötən mövsümü icarə əsasında “Real”da keçirib. O, La Liqada 34 oyunda 10 qol vurub.