“Real” (Madrid) və “Barselona” İspaniya Superkubokunda iştirak üçün “Malyorka”ya hərəyə 200 min avro köməklik göstərəcək.
Futbolpress.az xəbər verir ki, bu məlumatı “Malyorka”nın idman direktoru Alfonso Diaz təsdiqləyib:
“Bəzi hüquqlar bizə və “Atletik”ə (Bilbao) keçəcək, amma təfərrüata varmayacağam”.
Mənbənin sözlərinə görə, bu pul nəzərə alındıqda, “Malyorka”ya Superkubokda iştirak üçün ən azı 1,3 milyon avro veriləcək.