İspaniya nəhənginə keçə bilər

“Barselona”nın idman direktoru Deko klub ilə Markus Reşford arasında vasitəçilik edən menecer Arturo Kanaleslə görüşüb.

Futbolpress.az xəbər verir ki, kataloniyalılar yanvarın 3-dən başlayan transfer pəncərəsinin sonuna kimi Reşfordun imzasını təmin etmək üçün çox çalışırlar. Hans Flik, ingilis oyunçunu heyətinə qatmaq üçün razılığını verib.

Raşford mövsümün sonuna qədər icarə əsasında “Barselona”ya keçə bilər. Futbolçunun “blauqrana”da oynamaq üçün əhəmiyyətli maliyyə fədakarlığına hazır olduğu deyilir.

27 yaşlı futbolçu bu mövsüm “Mançester Yunayted”in heyətində 24 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.