İspaniya millisi 2-ci dəfə Olimpiya çempionu oldu

Paris-2024 Yay Olimpiya Oyunlarında kişilər arasında keçirilən futbol turnirinin qalibi müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, yarışın finalında İspaniya meydan sahibi Fransa ilə qarşılaşıb. Olduqca maraqlı və gərgin keçən 90 dəqiqənin tamamında qalib müəyyənləşməyib – 3:3. Beləcə oyun əlavə vaxta qədər uzanıb. Burada iki top vuran “matadorlar” yekunda 5:3 hesablı qələbə ilə Olimpiya çempionu adına yiyələniblər. Fransa millisi gümüş, Misirə qalib gələn Mərakeş seçməsi isə bürünc medal qazanıb.

1992-ci ildən başlayaq Olimpiadalarda 4 dəfə (1992, 2000, 2020, 2024) final oynayan İspaniya yığması 2 dəfə gümüş, 2 dəfə isə qızıl medal qazanıb.