Bir müddət əvvəl yeni rəhbərliyi təsdiqlənən “Neftçi”də köhnə kadrların ayrılığı başlayıb.
“FutbolPress“in əldə etdiyi məlumata görə, klubu tərk edənlərdən ikisinin adı artıq məlumdur.
Belə ki, Kamran Ağabalayev (“Neftçi” TV-nin direktoru) və
Səbuhi Rzayev (Administrativ işlər üzrə direktor) “ağ-qaralar”dan ayrılıb.
Hər iki şəxs klubun sabiq icraçı direktoru Fərrux Mahmudovun kadrı idi.
“Neftçi”də ayrılanlar sırasının artacağı gözlənilir.