“Nyukasl” əsas hücumçusu Aleksandr İsakın ayrılacağı təqdirdə Moyse Kini transfer edə bilər.
Futbolpress.az xəbər verir ki, hazırda “Fiorentina”da çıxış edən Kin “sağsağanlar” üçün İsaka ən uyğun alternativ hesab edilir.
25 yaşlı oyunçu bu mövsüm “Fiorentina”nın heyətində bütün yarışlarda 20 qol vurub. Onun Florensiya klubu ilə sözləşməsi 2029-cu ilin yayına kimidir.